- Ana səhifə
- Haqqımızda
Haqqımızda
Səyahət sığortası ilə bağlı hər sualda çəkinmədən bizimlə əlaqə saxlayın — ekspert dəstək komandamız sizə kömək edəcək.


Müasir rəqəmsal texnologiyaları innovativ platformada qarşılayın
Əsas məqsədimiz sığorta məhsullarını hər kəs üçün daha əlçatan etmək, mürəkkəb prosesləri sadələşdirmək və bütün rəsmiləşdirmə mərhələlərini tam onlayn formada həyata keçirməkdir. Müştərilərimiz bir neçə dəqiqə ərzində ehtiyaclarına uyğun sığorta məhsulunu seçə, müqayisə edə, rəsmiləşdirə və elektron sığorta sənədini dərhal əldə edə bilirlər.
Əməkdaşlıq etdiyimiz sığorta şirkətlərinin məhsullarını obyektiv şəkildə təqdim edərək hər bir müştəri üçün ən uyğun həlli seçməyə kömək edirik.
Peşəkarlıq, dürüstlük, operativlik və müştəri məmnuniyyəti fəaliyyətimizin əsas prinsipləridir. Rəqəmsal texnologiyalardan istifadə etməklə sığortanı daha rahat, daha sürətli və daha əlçatan edirik.
Uzunillik sığorta təcrübəmizə əsaslanaraq sığorta bazarında təqdim olunan ən aktual sığorta məhsullarını və aparıcı sığorta şirkətlərinin təkliflərini bir platformada toplayır, müştərilərimizə onların ehtiyaclarına uyğun seçim etməyə kömək edirik.
Səyahətə hazırsınız?
Xarici səfərdən əvvəl bir neçə dəqiqəyə onlayn səyahət sığortası rəsmiləşdirin və yola arxayın çıxın.
Təminatı seçSəfəriniz üçün doğru təminat
Biz hər şeyi sizin üçün etdik. Səyahət sığortası üzrə ən etibarlı sığorta şirkətlərini və optimal təminat paketini seçdik. Siz yalnız bir neçə kliklə sığorta polisinizi rəsmiləşdirirsiniz.
Sığorta alSəyahətiniz üçün tam əhatəli sığorta həlləri
Sığorta Online səyahətçilərlə etibarlı sığortaçılar arasında körpü rolunu oynayır və hər addımda yanınızdadır.

Rəsmi və etibarlı
Yalnız etibarlı sığorta şirkətlərinin səyahət sığortası məhsullarını təqdim edirik.
Gürcüstan tələblərinə uyğundur
Təklif etdiyimiz sığorta polisləri Gürcüstan Respublikasının qüvvədə olan tələblərinə uyğundur.
Onlayn rəsmiləşdirmə
Polisinizi cəmi bir neçə dəqiqə ərzində onlayn əldə edə bilərsiniz.
Dərhal təqdimat
Ödənişdən sonra sığorta polisi dərhal elektron formatda sizə göndərilir.
Şəffaf qiymətlər
Gizli ödənişlər və əlavə komissiyalar yoxdur.
24/7 Assistans xidməti
Sığorta hadisəsi baş verdikdə beynəlxalq Assistans xidməti sizə gecə-gündüz dəstək göstərir.
Fəaliyyət lisenziyamız
Fəaliyyətimiz Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş rəsmi lisenziyaya əsaslanır. Hüquqi şəxs olan sığorta agentləri fəaliyyətini qanunauyğun və şəffaf şəkildə həyata keçiririk.
- İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş rəsmi lisenziya
- Müddətsiz və qüvvədə olan fəaliyyət icazəsi
- Qanunvericiliyə tam uyğun, etibarlı xidmət






